MIO 2008, M i l l i İ n t e l l e k t u a
l O y u n u :
Nəzərinizə çatdırmaq istərdim ki, MİO
2008 Azərbaycan dilində hazırlanmış virtual intellektual oyundur. Oyunda mövcud
kateqoriyalar altında 1000'ə yaxın sual, internetdən, jurnallardan, kitab və intellektual
klublardan toplanılaraq oyuna yerləşdirilmişdir. Bu məqsədlə oyundakı suallara görə
layihə rəhbəri heç bir məsuliyyət daşımır. Əvvəlki versiyalardan fərqli olaraq yanlış
hesab edilmiş suallar qeydə alınarsa, həmin suallar toplanılaraq yeni sual bazası
olaraq layihənin rəsmi veb səhifəsinə yerləşdirilir. Yəni artıq oyuna məxsus sual
bazasını internetdən yeniləmə imkanınız var. İnternetdə sual bazasının yeniləndiyindən
xəbərdar olmaq üçün layihənin rəsmi veb saytını sıx-sıx ziyarət etməlisiniz. Eyni
zamanda yenilənmə ilə əlaqəli elan oyun daxilinə də yerləşdiriləcəkdir. Bu elanı
görmək üçün internetinizin aktiv olması lazımdır. Suallar bir neçə mərhələdən keçərək
yoxlanılsa da müəyyən yanlışlıqlar nəticəsində bəzi kiçik xətalar qaçılmazdır.
Layihə
hər yeni versiyasında olduğu kimi, bu versiyasında da müəyyən qədər sadələşdirilmişdir.
Məqsəd internet və kompyuter istifadəçilərinin boş vaxtlarını səmərəli keçirməsi
üçün müəyyən qədər köməklik göstərməkdir.
Hazırda 2 kömək haqqı mövcuddur ki,
bunlardan biri suala məxsus 1 yanlış cavabı müəyyən edir və oyun üzrə 2 dəfə
istifadə edilə bilər, digəri isə mövcud sualı dəyişdirərək başqa sualı ekranda göstərir.
Eyni zamanda oyuna düşünmə zamanı da əlavə edilmişdir ki, bunu istəyə görə aktiv və ya passiv
edə bilər və hər sual üçün istəyə görə saniyə limiti seçə bilərsiniz.
Suallar
müəyyən qədər çətinləşdirilməklə yanaşı əvvəlki versiyadakı suallar da artıq istifadə
edilməməkdədir. Hər oyun üçün sizə 15 sual verilir, hər sualın 4 variantı olur və
onlardan biri doğru cavab hesab edilir. Yanlış cavab seçildiyi təqdirdə oyun dayandırılır
və yeni oyun seçməyiniz lazım gəlir. Eyni zamanda əlavə edilmiş daha bir özəllik
var ki, oyunu bağlamadıqca qarşılaşdığınız suallar təkrarlanmamaqdadır. Yəni oyun
pəncəsi bağlanmadıqca bütün suallar qurtarana qədər qarşılaşdığınız suallar bir
daha qarşınıza çıxmaz. Gündəlik oyun üçün məhdudiyyət qoyulmamışdır. İstifadə edilmiş
suallar əsasən asanlığına görə 3 mərhələyə bölünüb. 1, 6 və 11-ci sual hər mərhələnin
ilk sualı hesab edilir və hər mərhələdə suallar bir qədər çətinləşir.
Layihə rəhbəri: Emin Novruzov
|